Lüis Hemilton: “Komandamdan üzr istəyirəm”backend

Lüis Hemilton: "Komandamdan üzr istəyirəm"

“Təbii ki, bu, mənim üçün ibrətamiz təcrübədir. İlk “10-luğ”a qayıtmaq üçün çalışdıq və çox əziyyət çəkdim. Amma yekunda məğlub oldum”.

KONKRET.az-ın məlumatına görə, bu fikirləri “Formula 1” üzrə Azərbaycan Qran-prisində 15-ci yeri tutan “Mercedes”in pilotu Lüis Hemilton deyib.

7 qat dünya çempionu nəticəyə görə komandasından üzr istəyib: “Məni bağışlayın. Bu gün bəxtimiz gətirmədi. Amma geri dönməyə və növbəti yarış üçün daha da güclənməyə çalışacağıq”.

Qeyd edək ki, “Red Bull”un sürücüsü Serxio Peres Azərbaycan Qran-prisinin qalibi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*