Bakı ilə İrəvan arasında qarşıdurma başa çatıb, gələcəyi düşünmək lazımdır.
KONKRET.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko KTMT-nin baş katibi İmanqali Tasmaqambetovla görüşü zamanı deyib.
O, qeyd edib ki, KTMT-nin noyabrın 23-də Minskdə keçiriləcək yekun sessiyası təşkilata üzv ölkələrin müdafiə səylərinin gücləndirilməsinə töhfə verəcək.
Lukaşenko Ermənistan və Azərbaycanın gələcəyinə postsovet məkanında münaqişələrin həlli kontekstində baxmağın vacibliyini vurğulayıb.
O, Ermənistan və Azərbaycan üçün davamlı sülhə aparan yolların tapılmasının lazım olduğunu xatırladıb.
Lukaşenkonun sözlərinə görə, postsovet regionunda problemlər uzun müddətdir yığılıb qalır.
Ariz Həsənoğlu,
KONKRET.az