Lukaşenko Əliyevdən Qarabağda yer istədi: “Oranı da biz dirçəldək“backend

Lukaşenko Əliyevdən Qarabağda yer istədi: “Oranı da biz dirçəldək“

KONKRET.az xəbər verir ki, Lukaşenko Əliyevə işğaldan azad edilmiş ərazilərin müharibədən sonra bərpasında köməklik təklif edib.

“Çətin vaxt gəlib çatıb ki, bu torpaqları dirçəltmək, insanları geri qaytarmaq lazımdır. Biz qalib gəldik, qələbəni qoruduq, indi onu dirçəltmək lazımdır”, – Belarus lideri Bakıda keçirilən danışıqlarda qeyd edib.

Lukaşenko qeyd edib ki, bu iş çox vaxt və çox zəhmət tələb edəcək. Onun sözlərinə görə, Belarus bu istiqamətdə dəstək verməyə hazırdır:

“Bir işdə kömək edə biləriksə … İndi burada kifayət qədər köməkçiniz var, amma biz bu işdə dostcasına iştirak edə bilsək… Avadanlıqlar, kənd təsərrüfatı şəhərləri, iş yerləri, müəyyən texnologiyalar – əgər uyğundursa, bizim texnikamız burada olub işləyə bilsə… Mən təkbətək danışıqlar zamanı İlham Heydəroviçdən soruşdum: əgər bu mümkündürsə – Belarus üçün bir yer – bizə verin. İlham Heydəroviç isə bu yanaşmanı dəstəklədi”.

MDB məkanındakı dost ölkələrin bəziləri Qarabağ ərazisində müxtəlif tikinti-abadlıq işləri aparıblar və Azərbaycana hədiyyələr ediblər. İndi bu təşəbbüslə Belarus prezidenti çıxış edir. (Musavat.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*