Lukaşenko orduya ƏMR VERDİbackend

Lukaşenko orduya ƏMR VERDİ

Belarus ordusunda qəfil döyüş hazırlığının yoxlanılmasına başlanılıb.

KONKRET.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoxlamalar Prezident Aleksandr Lukaşenkonun adından keçirilir və kompleks xarakter daşıyır.

Qeyd olunub ki, qoşunlar ən qısa zamanda təyin olunmuş ərazilərə hərəkət etməli, mühafizə və müdafiəni təşkil etməli olacaq.

Döyüş hazırlığının yoxlanılmasının nə qədər davam edəcəyi açıqlanmır.

Qeyd edək ki, iyun ayında Belarus ordusu sülh dövründən müharibə dövrünə keçidlə bağlı təlim keçib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*