Qərb siyasətçiləri müharibəyə hazırlaşır və Ukraynanı silahla təmin etməyə davam edirlər.
KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-nin Bişkekdə keçirilən sammitində deyib.
“NATO ölkələrinin 2025-ci ildə ümumi müdafiə xərcləri təxminən 1,6 trilyon dollar olacaq. Bu arada, Almaniyanın hərbi ambisiyaları artır və hərbi xərclərini də əhəmiyyətli dərəcədə artırmaq planları var. Polşa 2026-cı ildə müdafiəyə təxminən 55 milyard dollar (ÜDM-in təxminən 5%-i) ayıracaq və bu sahədə NATO lideri olacaq.
Bütün bunlar Qərb siyasətçilərinin qəsdən müharibəyə hazırlaşdığını göstərir. Vladimir Vladimiroviç, müharibəyə hazırlaşan biz deyilik, onlardır”, – Lukaşenko bildirib.
