Lukaşenko xəstəliyindən danışdı: “Ölən deyiləm”backend

Lukaşenko xəstəliyindən danışdı: “Ölən deyiləm

Belarus lideri Aleksandr Lukaşenko xəstəliyi ilə bağlı yayılan iddialara münasibət bildirib. 

KONKRET.az xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat xidmətinə yaxın olan “Pul Povo” kanalı məlumat yayıb.

“Əgər kimsə mənim öləcəyimi düşünürsə, sakitləşsin. Sakit olun. Bu, messencerlərdə və teleqram kanallarında boş fikir yürütməkdən başqa bir şey deyil. Adenovirus ya nə idi onun adı? Adenovirus”, – Lukaşenko qeyd edib.

O, ölmək fikrində olmadığını deyib və qeyd edib ki, çox sıx qrafiki var: “Ona görə də, uşaqlar, mən öləsi deyiləm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*