Lukaşenkodan şok sözlər: “Xəbər vermədən, həyasızcasına…”backend

Lukaşenkodan şok sözlər: “Xəbər vermədən, həyasızcasına...”

“NATO heç bir xəbərdarlıq etmədən qoşunlarını Belarus sərhədinə çəkir, buna görə də cavab tədbirlərinə ehtiyacı var”.

KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Onlar heç kimə xəbərdarlıq etmədən, həyasızcasına bizim sərhədimizə yaxınlaşdılar. Biz silahlı qüvvələrimizi ora yerləşdirmirik, belə bir əmr verməmişəm. Amma biz baş verənləri görməliyik”, – Lukaşenko qeyd edib.

O, kəşfiyyat təyyarələrinin tez-tez Kalininqrad vilayəti ətrafında uçmasına diqqət çəkib.

Lukaşenko hesab edir ki, bölgədə artan uçuşlar və hərbi təlimlər boş yerə deyil, bunun arxasında konkret məqsədlər var.

Bu yaxınlarda Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç Polşanın müharibəyə səbəb olacaq sərhəd insidentini yarada biləcəyini söyləyib. Teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*