“Lukoil” “Şahdəniz”də payını artırırbackend

“Lukoil” “Şahdəniz”də payını artırır

Rusiyanın “Lukoil” şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağında payını artırır.

KONKRET.az “Lukoil”a istinadən xəbər verir ki, “Lukoil” “Petronas” şirkətindən “Şahdəniz”də 15,5% payının alınması haqqında müqavilənin imzalanması barədə elan edib.

Məlumata görə, sövdələşmənin dəyəri 2,25 mlrd. ABŞ dolları təşkil edəcək.

Sövdələşmə bitdikdən sonra “Lukoil” şirkətinin “Şahdəniz” layihəsindəki payı 10%-dən 25,5%-ə yüksələcək və layihədə pay bölgüsü belə olacaq: BP – 28,8%, “Lukoil” – 25,5%, TPAO – 19%, SOCAR – 10%, NICO – 10% və SGC – 6,7%. Sövdələşmə bir sıra şərtlərin (o cümlədən SOCAR-la razılaşdırma) yerinə yetirilməsindən sonra bitəcək.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), “SGC Upstream” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Xatırladaq ki, bu yaxınlarda BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Abşeron Yarımadasının Dayazsulu Hissəsi (AYDH) geoloji-kəşfiyyat layihəsindəki iştirak payının 25%-ni “Lukoil” şirkətinə satmağı razılaşdırıb. Sövdələşmə bitdikdən sonra AYDH sazişində iştirak payları belə olacaq: SOCAR-ın Ortaq Neft Şirkəti – 50%, BP – 25% və “Lukoil” – 25%. Bu sövdələşmənin Azərbaycan hökuməti tərəfindən təsdiq olunduqdan sonra 2021-ci il 1 iyul tarixindən qüvvəyə minməklə bu ilin dördüncü rübündə başa çatacağı gözlənilir./APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*