Maaş 165 min manatdır, amma işçi tapılmırbackend

Maaş 165 min manatdır, amma işçi tapılmır

Fransada yerləşən dünyanın ən təhlükəli mayaklarından biri olan “La Jument”də işləyəcək gözətçi axtarılır.

KONKRET.az publika.az-a istinadən xəbər verir ki, ildə 2 milyon manata yaxın maaş alan mühafizəçilər 1 il burada qalmalıdır. Lakin ayda 165 min manat ola biləcək maaşla belə burada işləməyə heç kim dözə bilməz.

Türk yazar Uğur Önvər “La Jument”də mühafizəçi olmağın nə qədər çətin olduğunu çəkdiyi video ilə izləyiciləri ilə bölüşüb:

“Ən kiçik bir səhv həyatınız bahasına başa gələ bilər. İşə başlamazdan əvvəl bütün riskləri nəzərə aldığınızı və baş verə biləcək qəzada şirkətin məsuliyyət daşımayacağına dair müqavilə imzalayırsınız. Siz gəmilərə yön verəcəksiniz. Bununla belə, mayakdan çıxa bilməzsiniz. İldə cəmi 2 həftə məzuniyyətiniz var.

Bu mayakda həyat yoldaşınız da sizinlə qala bilər, lakin uşaqların içəri girməsi qadağandır. Əgər xəstələnirsənsə, həkim sənin yanına gəlir. Bildiyiniz həbsxana həyatını yaşayırsınız. Heç vaxt quruya ayaq basa bilməzsən. Burada işləyənlərin dediyinə görə, nəhəng dalğanın, tufanın səsinə dözmək olmur. İnsan psixologiyasına mənfi təsir göstərir. Tam bir kabusdur. Hələ heç kim aylıq maaşını almayıb. Maksimum 9 gün işləyib. Müvəqqəti işçilər də qaldıqları hər gün üçün 1000 dollar qazanırlar”.

  • Cavid əliyev
    Sentyabr 14, 2024 - 17:50

    Salam burda işləmək istəyirəm necə getmək olar bura?

  • Heydər
    Sentyabr 15, 2024 - 14:21

    Məni aparsalar mən işləyər

  • Eldəniz
    Sentyabr 15, 2024 - 17:34

    Mən gedib işləməy isdiyirəm necə gedə bilərəm

  • Fərid
    Sentyabr 16, 2024 - 21:53

    Əyər telefon verirlərsə Mən gedib işləyə bilərəm internet tuturmu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*