Macarıstan ABŞ-dən “Qazprombank”a qarşı sanksiyaları dayandırmağı xahiş edibbackend

Macarıstan ABŞ-dən “Qazprombank”a qarşı sanksiyaları dayandırmağı xahiş edib

Macarıstan ABŞ-yə bildirib ki, bəzi Rusiya bankları Amerikaya  uran tədarükü üçün ödənişlər edərkən sanksiyalara məruz qalmır.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Szijyarto ödənişlərdə Qazprombank üçün istisna edilməsini təklif edib.

Szijarto bunu Brüsseldə NATO xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib: “ABŞ dövlət katibinə dedim ki, biz ABŞ-nin  müvafiq orqanlarına təbii qaz üçün ödənişlər edərkən Qazprombankın sanksiyalardan azad  edilməsi ilə bağlı sorğu göndərmişik”.

Xatırladaq ki, ABŞ Xəzinədarlığı noyabrın 21-də Qazprombanka və daha bir neçə  kredit təşkilatına qarşı sanksiyalar tətbiq edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*