“Macarıstan bizdən üzr istəmədi, Azərbaycana müraciət etmədi” – Danielyanbackend

"Macarıstan bizdən üzr istəmədi, Azərbaycana müraciət etmədi" - Danielyan

“Macarıstanla diplomatik münasibətləri niyə bərpa etdiyimiz aydın deyil”.

KONKRET.az xəbər verir ki, bunu erməni vəkil, keçmiş ədliyyə naziri Gevorq Danielyan öz Facebook səhifəsində yazıb.

“Təbii ki, ən aktual məsələ Qarabağın və Ermənistanın təhlükəsizliyi məsələsi idi və qalır. Bununla belə, bu problemi adekvat başa düşmək üçün əlaqəli məsələlərin təhlili heç də az əhəmiyyət kəsb etmir.

Xüsusən də Macarıstanın planında heç nə dəyişmədiyini iddia edənlər, hətta hökumət də yanılır. Ona görə də aydın deyil ki, niyə diplomatik münasibətləri bərpa edirik.

Macarıstan özünə bəraət qazandıraraq bildirdi ki, Azərbaycanın dərhal Ramil Səfərovu əfv edəcəyini qabaqcadan görə bilməz. Lakin o, heç bir reaksiya da vermədi, anti-konvensiya aktına görə üzr istəmədi, Azərbaycana müraciət etmədi.

Mən şəxsən bu ölkənin ədliyyə naziri, eləcə də baş prokuroru ilə üç dəfə rəsmi görüşdüm. Ona geniş rəsmi məlumatları verdim, hətta ona bir məmuru da qoşdum.

Bilirəm ki, mən istefa verəndən sonra həmkarlarım bu işi lazımi məsuliyyətlə davam etdiriblər. Nəhayət, Macarıstanın baş naziri özü etiraf etdi ki, bu, sadəcə olaraq, maliyyə dəstəyi sazişin tərkib hissəsidir”, – Danielyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*