Macarıstan hakimiyyəti ruslar və belaruslar üçün ölkəyə giriş şərtlərini sadələşdirib.
KONKRET.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.
İndi Rusiya və Belarus vətəndaşları “milli kart” adlanan proqrama (Macarıstanda yaşayış icazəsi növlərindən biri) daxildirlər ki, bu da onlara istənilən sənayedə işə düzəlməyə və ailəsini özləri ilə gətirməyə imkan verir.
İyulun əvvəlində Macarıstan hökumətinin qəbul etdiyi qərara görə, “milli kart” iki il müddətinə verilir və qeyri-məhdud sayda yenilənə bilər. Üç illik yaşayışdan sonra kart sahibi Macarıstanda daimi yaşayış icazəsi tələb edə bilər. Bundan əlavə, karta müraciət edənlər Avropa səviyyəsində mədəni səriştəlik testindən keçmir və ya təhlükəsizlik yoxlamasına məruz qalmırlar.
Bu, Macarıstanın qonşuları arasında casusların və ya terrorçuların bu yolla Avropa Birliyinə sıza biləcəyi ilə bağlı narahatlıq yaradır. Avropa Parlamentinin üzvü Sergey Laqodinski bildirib ki, Macarıstanın baş naziri Viktor Orban Avropa miqrasiya sisteminə zərbə vurur.
Rəsmiyyə Şərifova,
KONKRET.az