Macarıstana 7,5 milyard avroluq ödənişin dondurulması TƏKLİF EDİLDİbackend

Macarıstana 7,5 milyard avroluq ödənişin dondurulması TƏKLİF EDİLDİ

“Avropa Komissiyası (AK) hesab edir ki, Macarıstanda qanunun aliliyi pozulur. Bununla bağlı komissiya Avropa İttifaqının ümumi büdcəsindən Macarıstana təxminən 7,5 milyard avro ödəmək öhdəliyinin dondurulmasını təklif edir”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının komissarı Yohannes Han mətbuat konfransında deyib.

“Avropa Komissiyanın kollegiyası Aİ Şurasına qanunun aliliyi şərti mexanizmi çərçivəsində büdcəni məhdudlaşdırmaq üçün tədbirlər görməyi təklif edib. Bu tədbirlərə Aİ-nin balanslaşdırılmış inkişaf fondu çərçivəsində üç proqram üzrə ödənişlərin 65%-nin dayandırılması daxildir”, – Yohannes Han əlavə edib.

Onun sözlərinə görə, bu məbləğ təxminən 7,5 milyard avro ola bilər. Belə bir tədbir Aİ tarixində ilk dəfə olaraq AK tərəfindən həyata keçirilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*