Macarıstanın baş naziri Viktor Orbanın sabah Türkiyəyə səfər edəcəyi və prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi açıqlanıb.
KONKRET.az xəbər verir ki, Macarıstanın dövlət naziri Zoltan Kovaks X sosial media platformasında verdiyi açıqlamada Macarıstanın baş naziri Viktor Orbanın Türkiyəyə rəsmi səfər edəcəyini açıqlayıb.
Kovaks səfərin əsas gündəminin Ukrayna və Yaxın Şərqdəki hadisələr, sülh gözləntiləri və Türkiyə-Macarıstan münasibətləri olacağını bildirib. Orban prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az