“Macarıstanla diplomatik münasibətlərin bərpası daha bir rüsvayçılıqdır!”.
KONKRET.az xəbər verir ki, bunu hüquq müdafiəçisi Avetik İşxanyan öz Facebook səhifəsində yazıb.
“Daha bir təhqir!
Beləliklə, Ermənistan Macarıstanla diplomatik münasibətləri bərpa edir. Bu baxımdan sual yaranır:
Macarıstanın Baş naziri Viktor Orban açıq şəkildə olmasa da, Qurgen Marqaryanı öldürən Ramil Səfərovun Azərbaycana ekstradisiyasından narahatlığını bildirdimi? Bu halda diplomatik münasibətləri bərpa etmək mümkün olardı. Əminəm ki, yox.
Beləliklə, Ermənistanın indiki hakimiyyətinin milli ləyaqət hissindən tamamilə məhrum olduğunu söyləmək olar.
Qurgen Marqaryan “boş yerə” öldü. Əgər sülh naminə Ermənistan da Ramil Səfərovu qəhrəman elan etsə, təəccüblənmərəm”, – deyə İşxanyan yazıb.
Xuraman Etibarlı,
KONKRET.az