“Maduro kimi avara hakimiyyətdə çox qalmayacaq” – “Mask onu döyəcək”backend

“Maduro kimi avara hakimiyyətdə çox qalmayacaq” – "Mask onu döyəcək"

Məlum olduğu kimi, Venesuelada keçirilən prezident seçkilərində Nikolas Maduro qalib gəlib. Müxalifət isə onu saxtakarlıqda ittiham edir. Hətta Argentina, Peru və Kosta-Rika kimi ölkələr Maduronun prezidentliyini tanımadığını elan edib. Amerikalı biznesmen İlon Mask da Nikolasa qarşı eyni ittihamları irəli sürüb və onu istefaya çağırıb.  Buna cavab olaraq Maduro milli televiziyanın canlı yayımında milyarderi “əzəli düşmən” adlandıraraq onu döyüşə çağırıb: “Dalaşmaq istəyirsən? Gəl onda edək. İlon Mask, mən hazıram, mən səndən qorxmuram”. Mask isə bunu qəbul etdiyini bildirib. Maraqlıdır, belə bir döyüşün baş tutma ehtimalı nə dərəcədə realdır?

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev KONKRET.az-a açıqlamasında bütün bunların şou olduğunu qeyd edib:

“Bildiyiniz kimi, Nikolas Maduro seçkiləri saxlataşdıraraq qalib gəldi. Hazırda ciddi proseslər gedir. Nələrin baş verəcəyini tam proqnozlaşdıra bilmərik. Lakin deyə bilərəm ki, Maduro kimi avara hakimiyyətdə çox qalmayacaq. Dünya demokratikləşir, diktatorların sonu gəlir. Baxın, hazırki prezidentin vəziyyəti o qədər ağırdır ki, Mask belə onunla şou yaratmağa çalışır. Amma bunların hər biri təbii ki, oyundur. Nəyinsə xətrinə edilən bir şeydir”.

Siyasətçi tərəflər arasında döyüşün baş tutma ehtimalından da danışdı:

“Həyatda hər şey mümkündür. Ancaq qeyd etdiyim kimi, məsələ daha çox şouya bənzəyir. Maduro belə hadisələrə reaksiya verənə qədər vətəndaşlarının qeydinə qalsın. Ölkə əhalisi sülh, əmin-amanlıq istəyir. Sabitlik haqda düşünürlər. Ancaq təbii ki, döyüş baş tutarsa, Elon Mask qalib gələcək. Maduro hər sahədə olduğu kimi, burada da məğlub olacaq”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*