Mafiya başçısı 30 illik axtarışdan sonra HƏBS EDİLDİ – FOTObackend

Mafiya başçısı 30 illik axtarışdan sonra HƏBS EDİLDİ - FOTO

İtaliyada “Cosa Nostra” mafiya təşkilatının liderlərindən biri olan Matteo Messina Denaro həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ranews24” telekanalı məlumat yayıb.

Bildirilib ki, Diabolik kimi də tanınan Denaro 30 ildir qaçaq həyatı yaşayırdı. O, Palermodakı Maddalena xəstəxanasında müalicə alarkən həbs edilib.

“Forbes” jurnalının məlumatına görə, mafiya lideri dünyanın ən çox axtarılan cinayətkarları siyahısında altıncı yerdə idi.

Qeyd edək ki, Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyada anadan olub. Atası da kriminal dairələrin üzvü olub və oğluna 14 yaşında silahdan istifadə etməyi öyrədib. O, 1992-ci ildə atasının rəqibini və üç aylıq hamilə sevgilisini öldürərək qəddarlığı ilə məşhurlaşıb. 2006-cı ildə Bernardo Provezanonun həbsindən sonra Denaro “Cosa Nostra”nın yeni liderlərindən biri olub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*