Cari ildə magistratura təhsil səviyyəsinə əlavə yerləşdirmə üzrə ümumilikdə daxil olan 577 müraciətdən 553 nəfəri təhsil müəssisəsi tərəfindən təsdiq edilib.
Bu barədə KONKRET.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, 30 avqust saat 23:59-da ali təhsil pilləsinin magistratura səviyyəsinə boş qalan plan yerlərinə əlavə yerləşdirmədən qəbul olanlar üçün qeydiyyat prosesi başa çatıb. Müraciətçilər https://portal.edu.az/ elektron xidmətində qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət göndəriblər.