Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildibackend

Magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirildi

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanına hazırlaşanlar üçün sınaq imtahanı keçirilib.

KONKRET.az xəbər verir ki, bu haqda DİM məlumat yayıb.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 4 binada təşkil olunub. İştirakçılara biliklərini yoxlamaq üçün zəruri şərait yaradılıb.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edib. İmtahanın idarə olunması üçün 8 imtahan rəhbəri və 56 zal nəzarətçisi ayrılıb.

İmtahanla bağlı DİM-də operativ qərargah da fəaliyyət göstərib və mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb. İmtahan bütün binalarda təlimata uyğun təşkil olunub.

İmtahan nəticələrinin yaxın 2 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*