Mahaçqalada avtoservisdə partlayış: 10 ölü, 50 yaralı – YENİLƏNİBbackend

Mahaçqalada avtoservisdə partlayış: 10 ölü, 50 yaralı - YENİLƏNİB

Rusiyanın Dağıstan Respublikasının paytaxtındakı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində partayış baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisə nəticəsində 10 nəfər ölüb.

Partlayış zamanı 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.

Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.

23:46

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində “Globus” ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib. Nəticədə azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb.

Xilasetmə xidmətləri hadisə yerindədir.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*