Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb, 4 zərərçəkən isə xəstəxanalarda qalır.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.
Məlumata görə, zərərçəkənlərdən birinin vəziyyəti ağır, üçünün vəziyyəti orta ağır qiymətləndirilir. Onların hər biri lazımi tibbi yardımla təmin olunub.
Qeyd edək ki, ötən gün Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.