“Mahir ancaq dirəyi nişan aldı” – “Legiya”nın yeni baş məşqçisibackend

"Mahir ancaq dirəyi nişan aldı" - "Legiya"nın yeni baş məşqçisi

Çeslav Mixineviçi baş məşqçi postundan uzaqlaşdıran “Legiya” (Polşa) rəhbərliyi komandanı müvəqqəti olaraq əvəzedicilərin çalışdırıcısı Marek Qolebiyevskiyə həvalə edib.

KONKRET.az xəbər verir ki, 41 yaşlı mütəxəssis yeni komandası ilə bağlı planlarından bəhs edib:

Qolebiyevski millimizin hücumçusu Mahir Emreli barədə də danışıb:

“Mən futbolu üç aspektə bölürəm – baş, ürək və ayaqlar. Hesab edirəm ki, indi “Legiya”nın futbolçularının əsas problemi psixoloji problemdir. “Legiya”nın çox yaxşı heyəti var, amma bəzən futbolda bəxtsizliklər də olur. Məsələn, boş qapıya kim istəsən qol vura bilər, amma Qvilitsedə Emreli ancaq dirəyi nişan aldı. Bu, topdu, bəzən niyə qol olmadığını izah etmək olmur.

Daha öncə cəzalanmış futbolçularla söhbət edəcəyik. Fikrimcə, onların psixoloji durumunu yaxşılaşdırmaq lazımdır. Mahir əla hücumçudur. Kluba xeyir verə bilər. Komanda olaraq yaxşı əhval ruhiyyədə çalışsaq, nəticələrimiz mütləq yaxşı olacaq”./fanat.az/

Xatırladaq ki, “Legiya” növbəti oyununu oktyabrın 31-də Polşa çempionatı çərçivəsində “Poqon”a qarşı keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*