Mahir Emreli “Başakşehir”lə ANLAŞDIbackend

Mahir Emreli “Başakşehir”lə ANLAŞDI

Azərbaycan yığmasının üzvü Mahir Emreli karyerasını Türkiyədə davam etdirəcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu Super Liqa təmsilçisi “Başakşehir”lə anlaşıb.

Komandanın baş məşqçisi Emre Belezoğlu ilə ilə görüşən Mahir öz şərtlərini irəli sürərək istəyinə nail olub. Millimizin forvardı ilə razılığa gələn “Başakşehir” rəhbərliyi “Legiya” ilə təzminat məsələsini həll etmək öhdəliyini də öz üzərinə götürüb.

Xatırladaq ki, Mahir Emreli Polşanın “Legiya” klubunda çıxış edib. Azarkeş qalmaqalından sonra Bakıya dönən Emreli artıq Polşa klubu ilə yoluna davam etməyəcəyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*