Mahir Emreli “Dinamo”nun düşərgəsinə vaxtından tez qoşuldubackend

Mahir Emreli "Dinamo"nun düşərgəsinə vaxtından tez qoşuldu

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun düşərgəsinə vaxtından əvvəl qayıdıb.

KONKRET.az-ın yerli mətbuata istinadən məlumatına görə, 25 yaşlı hücumçuya dekabrın 19-dək istirahət verilsə də, o, 2 gün öncə komandaya qoşulub.

İlk vaxtlarda fərdi məşqlərlə kifayətlənən forvard artıq kollektiv hazırlıqda iştirak edir.

Təlim-məşq toplanışının birinci mərhələsini Zaqrebdə keçirən “Dinamo” yanvarın 2-də ölkənin ən qərbində yerləşən İstriyaya yollanacaq. Baş məşqçi Ante Çaçiç sözügedən bölgədə futbolçularını 2 yoxlama oyununda sınaqdan keçirəcək. Yanvarın 8-də rəqib Sloveniyanın “TSelye” klubu olacaq. Yanvarın 17-dəki sparrinq-rəqib isə hələlik bəlli deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*