Mahir Emreli penaltini qaçırdı – “Legiya” uduzdubackend

Mahir Emreli penaltini qaçırdı - "Legiya" uduzdu

Futbol üzrə Polşa Super Kubokunun sahibi müəyyənləşib.

KONKRET.az xəbər verir ki, mövsümün ilk titulu uğrunda görüşdə çempion “Legiya” ilə kubokun qalibi “Rakuv” komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

10-cu dəqiqədə “Rakuv” Fran Tudorun qolu ilə önə keçib. “Legiya”nın bərabərlik qolunu isə 90+3-cü dəqiqədə Azərbaycan millisinin hücumçusu Mahir Emreli vurub. Bu qol sayəsində oyun əlavə vaxta və penaltilər seriyasınadək uzanıb.

Lakin 11 metrlik zərbələr zamanı “Rakuv” daha dəqiq olub – 4:3. “Legiya”nın penaltilərindən birini Emreli dəqiq yerinə yetirə bilməyib.

Beləliklə, azərbaycanlı hücumçunun yeni komandasında mövsümə titulla başlamaq istəyi gerçəkləşməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*