Mahir Emreli “Qalatasaray”la matçın start heyətindəbackend

Mahir Emreli “Qalatasaray”la matçın start heyətində

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” bu gün Türkiyə Super Liqasında növbəti oyununa çıxacaq.

KONKRET.az xəbər verir ki, Konya təmsilçisi 26-cı turda “Qalatasaray”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bu matç üçün artıq komandaların heyətləri də açıqlanıb. Mahir “Konyaspor”un əsas heyətində yer alıb.

Qeyd edək ki, “Qalatasaray” 60 xalla turnir cədvəlinin şəriksiz lideridir. “Konyaspor” isə 31 xalla 8-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*