Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırıbbackend

Mais Bərxudarov Şuşanın Bayraq meydanında Azərbaycan bayrağı qaldırıb

“General-mayor Mais Bərxudarov Şuşanın Bayraq meydanında üçrəngli bayrağımızı ucaldıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov özünün rəsmi tvitter səhifəsində paylaşım edib.

“Bu gün Anım Günü ilə bağlı Şuşanın Bayraq meydanında Dövlət Himnimizin sədaları altında general-mayor Mais Bərxudarovla üçrəngli bayrağımızı qaldırdıq. Sonra qəhrəman Azərbaycan əsgərləri Şuşa qalası istiqamətində yürüş etdilər”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*