“Artsax”ın suverenliyini itirməyin ilk əlamətləri artıq görünür”
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın tanınmış vəkillərindən biri olan Amram Makinyan özünün facebook səhifəsində yazıb.
O vurğulayıb ki, əslində, qondarma “Artsax Respublikası”nın “Prezidenti” Arayik Arutyunyanın fevralın 17-də imzaladığı fərmana görə, Qarabağda 2022-ci il martın 1-nə qədər yerli seçkilər keçirilməyəcək:
“Fərman hərbi vəziyyətdən qaynaqlanır. Hərbi əməliyyatlar dayandırılsa da, sülhməramlıların iştirakı ilə demək olar ki, müharibənin bərpası təhlükəsi yoxdur. Ona görə də düşünürəm ki, seçkilərin keçirilməməsi tələbi Azərbaycandan gəlir. Təslim olan səlahiyyətlilər itaətkarlıqla bu tələbi yerinə yetirirlər… Demək olar ki, bir gün bunu da öyrənəcəyik”.
Rəsmiyyə Şərifova,
KONKRET.az