Makron Consonu təhqir etdibackend

Makron Consonu təhqir etdi

Fransa Prezidenti Emmanuel Makron Britaniya Baş naziri Boris Consonu təhqir edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Ekspress” nəşri məlumat yayıb.

Makron La-Manşdakı miqrasiya krizisi fonunda Consonu “böyük ölkəni idarə edən kloun” adlandırıb.

“Bir yerdə çox iş görə biləcəyimiz böyük ölkənin başında klounu görmək çox kədərlidir”, – Makron deyib.

Makronun sözügedən açıqlamasına Londondan cavab gecikməyib. Böyük Britaniya baş nazirinin rəsmi nümayəndəsi Fransa liderinin sözlərinə cavabında bütün səyləri daha çox insan tələfatının qarşısını almağa yönəltməyi tövsiyə edib.

Qeyd edək ki, Makronla Consan arasında münasibətlər ikincinin ona qanunsuz miqrasiya ilə birgə mübarizə təklifini açıq məktubla etməsindən sonra pisləşib. Makron cavabında Consonu tənqid edib və ölkə rəhbərlərinin Tvitter üzərindən və açıq məktubla əlaqə saxlamadığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*