Fransanın “France 24” telekanalının saytında Makronun yeni Nazirlər Kabinetindən narazılığına dair məqalə dərc olunub.
Bu materialın tərcüməsini KONKRET.az oxucularının diqqətinə çatdırırıq.
“Yola saldığımız yay Makron üçün təlatümlü oldu. Tərəfdarları onun yeni hökumətdən narazı qaldığını deyirlər. Makronun 73 yaşlı mühafizəkar Mişel Barnieri baş nazir təyin etməsi, iyulda keçirilən növbədənkənar parlament seçkilərindən sonra iki aylıq siyasi xaosa son qoydu. Prezident daxili məsələlərdə arxa plana keçdi və Barnierə kabineti formalaşdırmağa və diqqətini xarici siyasətə yönəltməyə imkan yaratdı. Makron isə hələ də ictimaiyyət qarşısında gülümsəməsinə baxmayaraq, qəzəbini gizlətməkdə çətinlik çəkirdi. “Onlar məni utandırır”, deyən Makron bəzi nazirlərin işini sərt tənqid edib. Yeni hökumətdə təmsil olunan, daxili işlər naziri Bruno Retaio vəzifəyə gəldikdən bir neçə gün sonra immiqrasiyanın qarşısını alacağına söz verərək mübahisələrə səbəb oldu. Hökumətdə Makronun tərəfdarı azdır. Fransa Silahlı Qüvvələrinə rəhbərlik edən Sebastien Lekornu kabinetdə qalan yeganə əsas nazirdir. Makronun sadiq silahdaşları hesab edilən maliyyə naziri Laurent Saint-Martin və sənaye naziri Mark Ferracci təcrid ediliblər. 2017-ci ildə hakimiyyətə gəldikdən bəri özünü lider kimi göstərməyə çalışan Makron bu islahatları böyük dəyişiklik olduğunu bildirib. “Makron bədbəxtdir, o, heç nəyi bacarmır və əlindən heç nə gəlmir”, deyən yaxın dostu, prezidentin yeni “döyüşçülərə” ehtiyacı olduğunu söyləyib. Lakin Makronun düşərgəsindəki bəzi şəxslər onu iyun ayında Avropa Parlamenti seçkilərində ifrat sağçıların qələbə qazanmasından sonra növbədənkənar seçkilər elan etməklə götürdüyü siyasi riskləri bağışlaya bilmir. Makronun sağ mərkəzçi İntibah partiyasından olan bir çox parlament üzvləri hələ də seçkidən aldıqları travmanı sağalda bilməyiblər. Onlar açıq şəkildə Yelisey sarayının göstərişlərinə əməl etməkdən çəkinirlər. Deputatlardan biri belə deyib: “Prezidentə sədaqət əvvəlki kimi deyil”.
Müttəfiqlərdən biri açıq şəkildə bəyan edib ki, daha onu prezidentin nə istədiyi maraqlandırmır.
Makronun 35 yaşlı keçmiş baş nazir Qabriel Attalla münasibətləri pisləşib. Deputatlardan biri etiraf edib ki, prezident son iclasda Barnierin fəaliyyətini də ciddi tənqid edib. O, sosial xərclərin azaldılmasını və zənginlərin həddindən artıq vergiyə cəlb edilməsini istəyən baş nazirə xəbərdarlıq edib.
İşinin ölkənin müstəqilliyini və sabitliyini təmin etmək olduğunu deyən Makron prioritetinin “Fransanın maraqları və birliyi” olduğunu təkid edib. Tez-tez təkəbbürlü və reallıqdan uzaq olduğu üçün tənqid edilən prezident, yenidən xalq arasına çıxmaq istəyir. Makron insanların gündəlik həyatıyla maraqlanmaq istədiyini bildirib.
Vəli Həsənov,
KONKRET.az