Makron oyunu izləmək üçün Qətərə gedəcəkbackend

Makron oyunu izləmək üçün Qətərə gedəcək

Fransa Prezidenti Emmanuel Makron dekabrın 14-də Fransa və Mərakeş arasında keçiriləcək oyunu izləmək üçün Qətərə gedəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın idman naziri Ameli Oudea-Kastera “France Info” radiosunun efirində bildirib.

O, prezidentin çərşənbə günü Qətərə gedişi ilə bağlı suala “Bəli” cavabını verib:

“Səfərin təfərrüatları hələ də işlənir, lakin o, bu öhdəliyi götürüb və məmnuniyyətlə yerinə yetirəcək”.

Nazir qeyd edib ki, 2024-cü ildə Parisdə Olimpiya Oyunlarının təşkili ilə bağlı bazar ertəsi mühüm iclası olduğu üçün çərşənbə gününə qədər Qətərdə qalmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*