Fransa Prezidenti Emmanuel Makron və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
KONKRET.az xəbər verir ki, bu barədə E.Makron özünün X hesabında məlumat yayıb.
“İran prezidenti mənə zəng etdi. Mən ondan Sesil Kohler və Jak Parisin (İranda həbsdə olan Fransa vətəndaşları – red) azad olunmasını tələb etdim. Biz onların Fransaya qayıtmasını gözləyirik”, – Makron əlavə edib.
Fransa prezidenti bildirib ki, telefon danışığı zamanı İranın nüvə proqramı ilə bağlı dərin narahatlığını da ifadə edib:
“Məqsədlərinin dinc olduğunu sübut etmək İranın öhdəliyindədir. Mən əminəm ki, müharibəni dayandırmaq üçün yol var. Buna görə də biz avropalı tərəfdaşlarımızla birlikdə İranla danışıqlarımızı sürətləndirəcəyik”.