Makron Ukraynada döyüşməyə özü getsin – İtaliyanın baş nazir müavinibackend

"Makron Ukraynada döyüşməyə özü getsin" - İtaliyanın baş nazir müavini

İtaliya Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini Fransa prezidenti Emmanuel Makrona Ukraynada döyüşə getməyi təklif edib.

KONKRET.az xəbər verir ki, Salvini Makronun NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifi ilə bağlı sualı cavablandırarkən belə deyib:

“Qoy Makron dəbilqə taxıb döyüşə özü getsin. Əgər biz Makronun dediyi ilə razılaşsaq, uşaqlarımız onun günahı ucbatından döyüş meydanında öləcəklər”, – Salvini bildirib.

O, daha sonra X sosial şəbəkəsində Makronun hərbi kamuflyajda, dəbilqə taxmış və əlində avtomat olan fotomontajını yerləşdirərək Avropa Parlamentini iyunun 8-9-da keçiriləcək seçkilərdə partiyasına səs verməyə çağırıb.

Aİ-də Salvininin əsas tərəfdaşı, Makronun isə əsas rəqibi “Milli Birlik” partiyasının lideri Marin Le Pendir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*