Makrona şillə vuran şəxsin cəzası bəlli oldubackend

Makrona şillə vuran şəxsin cəzası bəlli oldu

Valans məhkəməsi Fransa prezidenti Emmanuel Makrona şillə vurmuş Demyen Tarel barəsində hökm verib.

KONKRET.azın xəbərinə “RİA Novosti” BFMTV telekanalına istinadən məlumat verir ki, o, dörd ay müddətində azadlıqdan məhrum edilib.

Tarelin müdafiəçiləri 10 gün ərzində məhkəmə qərarından şikayət verə bilər.

Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş verib.

Dövlət başçısı yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman kütlə arasında olan Damyen ona nəsə deyərək üzünə şillə vurub.

Fransalı siyasi və ictimai xadimlər Tarelin bu hərəkətini qınayıb, Makron özü isə məsələni şişirtməməyə çağırıb və sakinlərlə görüşlərini davam etdirəcəyini bildirib./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*