“Malidən sonra Paris və Burkina Faso arasında münasibətlərin ciddi şəkildə kəskinləşdiyi qeyd olunur. Bu il yanvarın 24-də polkovnik-leytenant Pol-Henri Damibanın başçılıq etdiyi bir qrup ordu zabiti prezident Roke Mark Kaboru hakimiyyətdən uzaqlaşdırıb. Çevriliş ölkə ərazisinin 40 faizə yaxınını nəzarətə götürən terrorçularla mübarizədə hökumətdən təcili tədbirlər görməyi tələb edən əhalidən böyük dəstək alıb. Ölkənin paytaxtı Uaqaduquda nümayişçilər Fransa bayraqlarını cıraraq onları Rusiya bayrağı ilə əvəzləyilər”.
KONKRET.az xəbər verir ki, bu barədə Afrika üzrə ekspert Viktor Qonçarovun məqaləsində qeyd olunur:
Daha böyük anti-Fransa əhval-ruhiyyəsi bu il sentyabrın 30-da 34 yaşlı kapitan İbrahim Traorenin başçılıq etdiyi ordunun komandir Pol-Henri Damibanı devirməsi oldu. Əgər əvvəlki illərdə Mali terrorizmin episentri hesab olunurdusa, indi ekstremistlərin ən böyük fəallığı bütün terror aktlarının 58 faizinin törədildiyi Burkina Fasoda müşahidə edilir. Ümumiyyətlə kiçik zabitlərin etirazı Burkina-Fasonu bürümüş dərin ictimai-siyasi böhrana verilən reaksiya idi. Onun əhalisi qitədə dördüncü ən böyük qızıl istehsalçısı olmasına baxmayaraq, dərin yoxsulluq içərisində yaşayır. İtaliyanın yeni baş naziri Giorgia Meloninin sözlərinə inansaq Burkino Fasonun ixrac gəlirlərinin çoxu Fransa banklarına axmaqda davam edir. Onun 2019-cu ildə bu mövzuda çıxışının videosu bu ilin noyabr ayının sonunda İtaliya-Fransa münasibətlərinin kəskinləşməsi fonunda sosial şəbəkələrdə yayılıb.
Burkina-Fasodakı böhranın əsas səbəbi milli güc strukturlarının, ilk növbədə, fransız müşavirlərinin idarə etdiyi ordunun parçalanması ilə bağlıdır. Hakimiyyət uğrunda mübarizə aparan bu strukturların rəhbərləri və komandirləri ölkəni dirçəltməyi yox, əsasən öz maddi sərvətlərini yüksəltməyi düşünürlər. Odur ki, cihadçıların nəzarət etdikləri ərazilərdə 5700 məktəb fəaliyyətini dayandırıb. Cihadçılar hesab edirlər ki, dünyəvi Qərb təhsili “xalis İslam” qanunlarına ziddir. Nəticədə bir milyona yaxın tələbə təhsildən məhrum olub, 28 min müəllim işini itirib. Çevrilişin bilavasitə səbəbi sentyabrın 26-da hökumət qüvvələrinin himayəsi altında paytaxtdan 300-dən çox əhalisi olan Cibo şəhərinə göndərilən humanitar yardımla dolu yük maşınlarından ibarət karvanın Əl-Qaidə terrorçuları tərəfindən talanması olub. Onların hücumu zamanı 27-si əsgər olmaqla 37 nəfər məhv edilib, ərzaq və zəruri mallar olan 200 yük maşınından yalnız 70-i təyinat yerinə çatdırılıb, qalanları talan edilib və ya yandırılıb.
Burkino Fasoda hərbçilərin bu etirazı terrorçuların zorakılığı altında yaşamaqdan bezən yerli əhalinin fəal dəstəyini alıb. Bəzi məlumatlara görə, bu ilin fevral-avqust ayları ərzində onlar tərəfindən 274 mülki şəxs və hərbçi öldürülüb. Keçmiş metropolun dəstəyi ilə əks çevriliş hazırlamaqda şübhəli bilinən devrilmiş Pol-Henri Damibanın Fransa hərbi bazalarından birində sığınacaq almasına etiraz olaraq oktyabrın 3-də hərbçilərin tərəfdarları Fransız Mədəniyyət Mərkəzini məğlub edib. ikinci böyük şəhər olan Bobo-Dioulasso və ətrafı yandırılıb, Fransa səfirliyi daşqalaq edilib. Etirazçıları dağıtmaq üçün Fransa diplomatik missiyasının mühafizəçiləri gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, İbrahim Traorenin başçılıq etdiyi yeni hərbi administrasiyanın tərəfdarları terrorçularla mübarizədə xarici hərbi yardım mənbələrinin genişləndirilməsinin tərəfdarıdırlar. Xüsusilə də Fransa əleyhinə nümayişlərdə Rusiya ilə hərbi əlaqələrin inkişaf etdirilməsinin lehinə səslər çoxalır. Belə ki, “Frans Press” agentliyinin məlumatına görə, bu il oktyabrın 29-da yüzlərlə şəxs Fransanın Uaqduqudakı səfirliyi və Kambuan hərbi bazası yaxınlığında nümayişlər keçirərək, 400 nəfərlik hərbi kontingentin Burkina ərazisindən çıxmasını tələb edib. Eyni zamanda, onlar Rusiya ilə əlaqələrin inkişafına dəstək şüarları səsləndiriblər. Üstəlik, Burkina Fasonun yeni baş naziri Apollinaire Kjelem de Tambela oktyabrın 30-da ölkə rəhbərliyinin Yeni Təhlükəsizlik Müqaviləsi çərçivəsində Rusiya ilə hərbi əlaqələr qurmağı nəzərdən keçirdiyi barədə bəyanat yayıb.
Bununla bağlı məlumat yayan Amerika nəşri ““Politico” hesab edir ki, Uaqaduqu ilə Paris arasında münasibətlərin gələcək inkişafı Mali ssenarisi üzrə inkişaf edə bilər. Maraqlıdır ki, İbrahim Traore noyabrın əvvəlində hakimiyyətə gəldikdən sonra ilk xarici səfərini Maliyə səfərə getdi və burada keçid administrasiyasının rəhbəri, polkovnik Assimi Qoita ilə görüşdə bir çox məsələlərlə yanaşı, birgə əməkdaşlığın əlaqələndirilməsi problemini də müzakirə etdi. Əsas mövzu isə cihadla mübarizədə səyləri birləşdirməkdən ibarət oldu.
Ümumilikdə, Fransanın Afrika siyasətinin nəticələrinə, xüsusən də, Malidə baş verən son hadisələrə yekun vuran Amerikanın “The National Interest” nəşri qeyd edir ki, qitədə 100 ildən çox davam edən Fransanın diplomatik hökmranlığı sona çatdı və Parisin aparıcı geosiyasi oyunçulardan biri və Afrika ölkələrinin imtiyazlı tərəfdaşı roluna dair iddiaları ciddi şəkildə sarsıldı. Fransız qoşunlarının Malidən çıxarılması fonunda keçmiş Britaniya koloniyalarının, iki fransızdilli dövlətin – Qabon və Toqonun Britaniya Birliyinə qəbuluna diqqət çəkilir. Toqonun Xarici İşlər Naziri Robert Doussinin sözlərinə görə, ölkənin bu assosiasiyaya daxil olması Toqo məhsulları üçün yeni bir bazar açır və toqolulara ingilis dilində təhsil almaq imkanı verir.
Bir çox ekspertlərin fikrincə Fransızların uzun müddətdir ki, bütün region üçün terror təhlükəsinin episentri olan Malidən getməsi, onların bu ölkədəki hərbi bazalarından istifadəsinə məhdudiyyətlərin qoyulması ciddi nəticələrə gətirib çıxaracaq. Belə ki, bu, cihadçılar tərəfindən “hərbi qələbə” kimi qəbul oluna və onların döyüş ruhunu gücləndirə bilər. Qərbi Afrikanın Benin və Toqo kimi sahilyanı dövlətlərinin, eləcə də Kot-divuar kimi ölkələrin ərazilərində terror fəaliyyətinin genişlənməsinə səbəb olar.
Cənubi Afrikanın Təhlükəsizlik Araşdırmaları İnstitutunun rəhbərlərindən biri Fransanın Sahel zonasındakı hərbi mövcudluğunun nəticələrinə yekun vuraraq bildirir ki, Parisin son illərdə bu subregionda strategiyası sarsıdıcı məğlubiyyətə uğrayıb. Fransa prezidentinin cihadizmlə mübarizə üçün Afrika və Avropa ölkələrindən ibarət effektiv hərbi koalisiya yaratmaq ümidləri puça çıxıb. Burada onu da nəzərə almaq lazımdır ki, Fransanın özündə “Fransız Əfqanıstanı” adlandırılan və ictimai dəstəyi itirməyə başlayan Sahel zonasına hərbi müdaxiləhəyata keçirilir. Keçən ilin ortalarında keçirilən sorğular göstərir ki, fransızların 51 faizi onun davam etdirilməsinə qarşıdır. Siyasi nüfuzun itirilməsi ilə yanaşı, onun həyata keçirilməsinin dəyəri ildə bir milyard avro olaraq qiymətləndirilir. Bbuilki prezidentlik kampaniyası zamanı Makron Afrikadakı siyasətində rəqibləri tərəfindən Fransanın Malidə “alçaldılmasına” və onun beynəlxalq nüfuzuna “ciddi mənəvi ziyan vurmasına” səbəb olan siyasətdə ittiham olunub.
Bu baxımdan, Parisin Afrika qitəsinə təsirinin zəifləməsi prosesinin dayandırılması mümkün görünmür. Bütün bunları nəzərə alan ekspertlər fransız siyasətçilərinə “göydən yerə enməyi və qloballaşan Afrikaya daha yaxından nəzər salmağı” məsləhət görürlər. Onların fikrincə Fransa etirazçı hərbçilərdən “geosiyasi loyallıq” tələb edə bilməz.
Müşviq Tofiqoğlu,
KONKRET.az