Makronun gənclər arasında populyarlığı azaldıbackend

Makronun gənclər arasında populyarlığı azaldı

Fransa Prezidenti Emmanuel Makronun koronavirus epidemiyası ilə bağlı tədbirlərin sərtləşdirməsi barədə açıqlaması gənclər arasında populyarlığını kəskin azalmasına səbəb olub.

KONKRET.az bildirir ki, bunu “Le Journal du Dimanche” qəzeti yazıb.

Qeyd edək ki, sərtləşdirilən tədbirlər arasında tibb işçilərinin məcburi aşılanması, COVİD pasportlarından istifadənin artması var. Pasportlar olmadan kinoteatrlar, konsertlər, kafe və restoranlara, muzeylərə və supermarketlərə giriş mümkün olmayacaq.

Nəşr yazır ki, gənclərin ölkə liderindən narazılığı xeyli artıb.

Bundan başqa, Makronun aşılanmayanların işdən çıxarılmasını müdafiə edən çıxışları, 25 yaşdan 34 yaşa qədər olan qrupdakı insanların 68 faizi və 35 yaşdan 49 yaşadək qrupdakı respondentlərin 66 faizi tərəfindən pislənir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*