Makronun sözləri Fransaya problem yaratdı – Türkiyə və Pakistana təşəkkürbackend

Makronun sözləri Fransaya problem yaratdı – Türkiyə və Pakistana təşəkkür

Dünya Müsəlman Alimlər Birliyinin üzvü Şeyx Sağir Fransa məhsullarına qarşı boykot kampaniyasının təsirli olduğunu vurğulayaraq, Pakistan və Türkiyə rəhbərliyinə təşəkkür edib.

KONKRET.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrindəki müsəlman alimlər və mütəfəkkirlər Fransa hökumətinin İslam və müsəlmanlara qarşı qərarlarına cavab olaraq, “Fransa mallarının boykotuna dair beynəlxalq konfrans” keçirib.

Livanda keçirilən konfransda Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Məhyəddin əl-Qaradaği, Mavritaniya Alimlər Tədris Mərkəzinin rəhbəri Şeyx Məhəmməd əl-Həsən Vuld əd-Dedo, Dünya Müsəlman Alimlər Birliyinin üzvü Şeyx Məhəmməd əs-Sağir, Fələstinli Alimlər Komitəsinin başçısı Nəvvaf Təkruri, Fransa İslam Şurasının üzvü Həsən Həvari və türk yazıçı Ömər Qorxmaz qatılıb.
Fransız məhsullarına qarşı boykot kampaniyasının təsirli olduğunu vurğulayan Şeyx Sağir boykot kampaniyasından sonra Fransa xarici işlər nazirinin ərəb ölkələrinə gəldiyini söyləyib. O, kampaniyaya verdiyi dəstəyə görə, Pakistan və Türkiyəyə təşəkkür edib.

Fransa İslam Şurasının üzvü Həvari Fransadakı siyasətçilərin İslama və müsəlmanlara münasibətinin Fransa Konstitusiyasına zidd olduğunu deyib.

Qeyd edək ki, ötən il oktyabrın 16-da Fransada İslam dini və peyğəmbərini təhqir edən karikaturanın yayımlanması İslam dünyasında mübahisələrə və etirazlara səbəb olub.

Fransa Prezidenti Emmanuel Makron bundan sonra verdiyi açıqlamada Məhəmməd peyğəmbərin karikaturalarının yayımlanmasını dayandırmayacağını söyləmişdi.

Fransanın bu münasibətinə qarşı müsəlman ölkələrində fransız məhsullarına qarşı boykot kampaniyaları başladılmışdı. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*