Malayziyanın Selanqor ştatında torpaq sürüşməsi baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Malayziya Yanğınsöndürmə İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət nəticəsində 12 nəfər ölüb, 20 nəfər isə itkin düşüb.
Axtarış-xilasetmə işlərinə təxminən 400 nəfər cəlb olunub. Malayziyanın Fövqəladə Hallar Xidməti itkin düşənlərin axtarışını davam etdirir.
İqbal Rzayev,
KONKRET.az