Malayziyanın Sabah əyalətində baş verən yanğında 20 ev yararsız hala düşüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, əraziyə gələn 16 xilasetmə qrupu 30 dəqiqədən sonra alovun qarşısını ala bilib.
Hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilir.
Yanğının baş vermə səbəbi məlum deyil.