Maliyyə naziri pulsuz təhsil alan hər bir tələbəyə düşən xərci AÇIQLADIbackend

Maliyyə naziri pulsuz təhsil alan hər bir tələbəyə düşən xərci AÇIQLADI

Azərbaycanda 2020-ci ildə dövlət sifarişi ilə təhsil sahəsinə 300 milyon manatdan çox vəsait ayrılıb.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov 2020-ci ilin dövlət büdcəsinin icrasına dair sənədin müzakirəsi zamanı deyib.

O bildirib ki, ötən il 91 368 nəfər dövlət hesabına təhsil alıb.

S.Şərifov onu da söyləyib ki, 2020-ci ildə dövlət sifarişi ilə təhsil alan bir tələbəyə düşən təhsil xərci 2258 manat təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*