“Həqiqətən də içkili olub” – Manaf Ağayev / YENİLƏNİBbackend

"Həqiqətən də içkili olub" - Manaf Ağayev / YENİLƏNİB

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayevin oğlu Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.   

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı sənətçi ilə əlaqə saxlayıb.

M.Ağayev baş verən hadisəni belə şərh verib:

“Oğlumla bağlı yazılanlar doğru xəbərlərdir. O, həqiqətən də sükan arxasında içkili vəziyyətdə olub. Qanunları pozduğuna görə də həbs olunub. Qanun qarşısında hamı bərabərdir. Başqa heç bir şey demək istəmirəm”.

Qeyd edək ki, Manaf Ağayevin oğlu Müşfiq barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

20:38

Müğənni Manaf Ağayev oğlunun həbs edilməsi xəbərindən danışıb.

KONKRET.az xəbər verir ki, Manaf Ağayev “Unikal”a açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib:

“Mən hazırda məclisdəyəm. Oğlumun həbs edilməsindən xəbərim yoxdur. Yalan söhbətdir”, – deyə  Manaf Ağayev deyib.

20:15

Müğənni Manaf Ağayevin oğlu həbs edilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməьəyi tövsiyyə edib. Lakin Müşviq yol polis əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*