“Mançester Siti” İngiltərə Premyer Liqasını tərk edə bilərbackend

"Mançester Siti" İngiltərə Premyer Liqasını tərk edə bilər

Futbol üzrə maliyyə eksperti Kiran Maquayr “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozduqda 60-100 xal itirə biləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, bu cəza komandanın yüksək diviziondan düşməsinə səbəb ola bilər. Dinləmələrin səkkiz həftə ərzində başa çatması gözlənilsə də, 115 ittiham üzrə qərarın verilməsi prosesi üç-dörd ay çəkə bilər.

“Daily Mail”in məlumatına görə, klub 2009-cu ildən 2018-ci ilə qədər maliyyə feyr-pleyini pozmaqda ittiham olunur və onların maliyyə ödənişlərini gizlətdiyi iddia edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*