“Mançester Yunayted”dən “qonaqpərvərlik” – “Liverpul”a 0:5 hesabı ilə məğlub oldubackend

“Mançester Yunayted”dən "qonaqpərvərlik" - “Liverpul”a 0:5 hesabı ilə məğlub oldu

İngiltərə Premyer Liqasında IX tura yekun vurulub.

KONKRET.az-ın məlumatına görə, turun qapanış matçında əzəli rəqiblər “Mançester Yunayted”lə “Liverpul” üz-üzə gəlib.

“Old Trafford”da baş tutan matçda qol yağışı olub. Məhəmməd Salahın şou göstərdiyi matçda “Liverpul” rəqibini darmadağın edib. Misirli hücumçu 38, 45+5 və 50-ci dəqiqədə fərqlənərək het-trikə imza atıb. “Qırmızılar”ın heyətində digər qolların müəllifi Nabi Keyta (5) və Dioqo Jota (13) olub.

Pol Poqbanın 60-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu görüşdə “mankunianlar” 0:5 hesablı tarixi məğlubiyyət acısı yaşayıb.

Bu nəticədən sonra “Liverpul” 21 xalla ikinci pillədə qərarlaşırsa, 14 xalda qalan “Mançester Yunayted” 7-ci yerə düşüb./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*