“Mançester Yunayted”in 12 futbolçusu ZƏHƏRLƏNDİbackend

"Mançester Yunayted"in 12 futbolçusu ZƏHƏRLƏNDİ

İngiltərənin “Mançester Yunayted” komandasının 12 futbolçusu “Şerif”lə UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Moldovada olarkən zəhərlənib.

KONKRET.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, oyunçular qarşılaşmadan bir gün sonra özlərini pis hiss etməyə başlayıblar. Klub bunun futbolçuların Kişineuda və ya geri qayıdarkən təyyarədə yedikləri yeməklə bağlı olub-olmadığını aydınlaşdırmağa çalışır.

Komandanın bəzi üzvləri bu səbəbdən sentyabrın 16-sı və 17-dəki məşqləri buraxıb.

Qeyd edək ki, “Şerif” – “Mançester Yunayted” görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*