“Mançester Yunayted”in ilk oyununda sensasiyabackend

“Mançester Yunayted”in ilk oyununda sensasiya

Bu gün futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin ilk iki oyunu keçirilib.

KONKRET.az xəbər verir ki, İspaniyada “Sevilya” komandası Avstriyanın “Zaltsburq” klubu ilə heç-heçə edib – 1:1.

İsveçrənin “Yanq Boyz” və İngiltərənin “Mançester Yunayted” komandası arasındakı görüşdə isə sensasiya qeydə alınıb. Belə ki, meydan sahibləri əzmkar qələbə qazanıb – 2:1.

Hesabı 13-cü dəqiqədə Kriştiano Ronaldo açıb. Matçın 35-ci dəqiqəsində Aron Van-Bissaka qırmızı vərəqə alaraq, “qırmızı şeytanlar”ı azlıqda qoyub.

“Yanq Boyz” say üstünlüyündən ikinci hissədə yararlanmağı bacarıb. Nikolas Mumi Nqamalyo 66-cı dəqiqədə bərabərlik qolunu vurub. Oyunun 90+5-ci dəqiqəsində Jordan Sibaço yekun nəticəni müəyyənləşdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*