Mandatını girov qoyan deputat qardaşını və digər yaxınlarını ittiham edirbackend

Mandatını girov qoyan deputat qardaşını və digər yaxınlarını ittiham edir

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə keçmiş deputat növbəti dəfə ifadə verib.

KONKRET.az xəbər verir ki, yenisabah-a danışan zərərçəkmişlərdən biri Təranə Fətəliyeva yenidən məhkəmənin keçiriləcəyini deyib. Onun sözlərinə görə, məhkəmə zamanı Rafael Cəbrayılov məsuliyyəti öz üzərindən atmağa çalışıb. O, bu məsələdə qardaşını və digər yaxınlarını ittiham edib.

Məhkəmə prosesi avqust ayının 19-na təxirə salınıb.

Qeyd edək ki, 15 ilə yaxın Milli Məclisin deputatı olmuş Rafael Cəbrayılov külli miqdarda dələduzluq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*