Manqasaryan: “Azərbaycan bizim “İskəndər” kompleksinin bütün ekipajını müəyyən etdi”backend

Manqasaryan: "Azərbaycan bizim "İskəndər" kompleksinin bütün ekipajını müəyyən etdi"

Məğlubiyyətlərində günahkar axtaran ermənilər gah hakimiyyəti, gah da Rusiyanı ittiham edirlər. Paşinyanı ciddi addımlar atmamaqda, Rusiyanı isə Qarabağda onların yerinə vuruşmamaqda günahkar hesab edən erməni siyasi dairələri bildirirlər ki, münaqişə hələ sona çatmayıb. Onlar yenidən beynənlaxlq güclərin diqqətini regiona cəlb etmək üçün haray-həşir salır və Azərbaycanı yeni müharibəyə hazırlaşmaqda ittiham edirlər. Guya Azərbaycan Ermənistana qarşı ərazi iddiaları irəli sürür və buna görə ayıq-sayıq olmaları üçün cəfəng fikirlər səsləndirirlər.

KONKRET.az xəbər verir ki, “Xenakert” analitik mərkəzinin rəhbəri Vitali Manqasaryan deyib ki, Azərbaycan Ermənistana qarşı fəal şəkildə tədbirlər planlaşdırır.

Növbəti hücumun vaxtı bəlli olmasa da, Azərbaycanın Ermənistan ərazilərinə hücum planı dəqiqdir. O, bunu Azərbaycan ordusunun son vaxtlar keçirdiyi hərbi təlimlərdən vahimələndiyi üçün deyib:

“Son dövrdə Azərbaycan ilk mərhələdə Ermənistan Silahlı Qüvvələrinin müəyyən hissələrinin məhv edilməsi planlarını nümayiş etdirərək hücum xarakterli bir sıra hərbi təlimlər keçirir. Söhbət həm də Ermənistan Silahlı Qüvvələrinin raket bölmələrinin, “İsgəndər” komplekslərinin, ekipajlarının müəyyən edilərək məhv edilməsindən gedir. Davam edən təlimlər çərçivəsində oxşar ssenarilər həyata keçirilir. Təlim ssenarisi təkcə Azərbaycanın niyyətindən bəhs etmir, çünki regionda belə komplekslər yalnız Ermənistandadır. Təlimlər çərçivəsində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin də cəlb olunduğu “düşmənin arxasında” hərəkətlərinin ssenarisi də oynanılıb. Həmçinin bu günlərdə Pakistanın quru qoşunlarının komandanı Bakıya gəlib və görüşlər keçirib”.

Manqasaryan qeyd edib ki, Pakistan quru qoşunlarının xüsusi təyinatlı dəstələri böyük nüfuza malikdir və bugünkü görüşlər Azərbaycan tərəfinin fəaliyyətinin ümumi kontekstində də Bakının həyata keçirdiyi müəyyən hazırlıq işlərindən xəbər verir.

Beləliklə, hər an başlarının üstünü alacaq Azərbaycan ordusunun qorxusuyla yaşamaqdan təngə gələn düşmən yuxusunda da xüsusi təyinatlılarımızı görür.

Vəli Həsənov

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*