“Ermənistanın mövcud siyasi hakimiyyətinin şübhəli, laqeyd və bəzi hallarda düşünülmüş davranışları Ermənistan Silahlı Qüvvələrinin Vətən qarşısında vəzifələrini yerinə yetirməsinə imkan vermir”.
KONKRET az xəbər verir ki, bu fikirlər müxalif Vətəni Qurtarmaq Hərəkatından Ermənistanın Baş naziri vəzifəsinə vahid namizəd Vazgen Manukyanın bəyanatında yer alıb. Bəyanatda Vazgen Manukyan Ermənistan və “Artsax” Silahlı Qüvvələrinin rəhbərliyini ölkənin və xalqın təhlükəsizliyini təmin etmək üçün lazımi qərarlar qəbul etməyə, habelə Azərbaycan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozmasının qarşısını almağa çağırıb. “Bu gün Ermənistan və “Artsax”dakı dövlət sistemləri iflic vəziyyətindədir. Və bu hərəkətsizlik orduya birbaşa funksiyalarını yerinə yetirmək imkanı vermir”.
“ATƏT-in Minsk Qrupu həmsədrlərinin də aktiv səy göstərmələrini və öz missiyalarını yerinə yetirmələrini gözləyirik. Bu qurumlarla işləmək siyasi və dövlət gündəmində bir nömrəli məsələdir. Ona görə də Nikol Paşinyanın getməsi təhlükəsizliyimizin təmin edilməsinin əsas zəmanəti və ləyaqətimizi bərpa etmək üçün yeganə fürsətdir”, – deyə Manukyan bildirib.
KONKRET.az