Manyak “qadın ovçusu” rus ordusuna qoşuldubackend

Manyak "qadın ovçusu" rus ordusuna qoşuldu

“Zelenogradski Çikatilo” Yuri Qriçenko Şimal Hərbi Dairəsinə yola düşüb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, manyak “qadın ovçusu” kimi tanınan cinayətkar bir ilə yaxındır ki, tibbi evakuasiya tağımında xidmət edir.

Silsilə qətllər törədən Qriçenko 22 illik cəzasını tam çəkərək bu yay azad edilməli idi. Lakin 0, 9 ay Şimal Hərbi Dairəsində “Fırtına Z” dəstəsində xidmət etmək qərarına gəlib. Onun səhhəti hücum batolyonunda xidmət etməyə imkan verməyib

“Çikatilo” azadlığa çıxdıqdan sonra ilk dəfə pul qazanmaq üçün Zelenoqradski Hərbi Dairəsinə gedib. Onun əvvəllər yaşadığı mənzil dövlətə keçib. Manyak Şimal Hərbi Dairəsində uzun müddət xidmət edəcək və bundan sonra azadlığa buraxılacaq.

Qeyd edək ki, keçmiş polis əməkdaşı Yuri Qriçenko 2002-ci ildə 22 il müddətinə azadlıqdan məhrum edilib. O, 5 qadını öldürüb, daha 10 nəfəri yaralayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*