Maqnit qasırğası olacaq – XƏBƏRDARLIQbackend

Maqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

2023-cü ilin iyun ayı ərzində Yer kürəsini bir neçə dəfə maqnit qasırğası bürüyəcək. Maqnit qasırğaları bir-birlərindən gücləri ilə fərqlənəcək ki, bu da həssas insanlar üçün bir qədər təhlükəlidir.

KONKRET.az BAKU.WS-ə istinadən, iyun ayının maqnit qasırğalarının tarixini sizlərə təqdim edir:

Zəif maqnit qasırğaları: 1,7,16, 30 iyun.

Orta maqnit qasırğaları: 10, 28-29 iyun.

Güclü maqnit qasırğaları: 2, 18-20 iyun.

Nəzərinizə çatdıraq ki, 1930-cu ildə alimlər sübut ediblər ki, maqnit qasırğaları olan günlərdə telefonlar yaxşı işləmir. Bundan başqa, maqnit qasırğası ürək, qan-damar xəatəliklərindən əziyyət çəkənlərə xüsusilə mənfi təsir göstərir. Mütəxəssislər həmin günlərdə stresdən uzaq durmağı və mümkün qədər çox təmiz hava qəbul etməyi məsləhət görürlər.

Onu da qeyd edək ki, həmin günlərdə fast food, yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək, siqaret və spirtli içkidən uzaq durmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*